Saytımızı qiymətləndirin


 
 

KXDR Yapon dənizi istiqamətində naməlum mərmi atıb
Tarix: 11-01-2022 | Saat: 07:38
Bölmə:Karusel / Dünya | çapa göndər

 

KXDR Yapon dənizi istiqamətində naməlum mərmi atıb

KXDR Yapon dənizi istiqamətində naməlum mərmi atıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Renhap” Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinə istinadən xəbər verib.

“Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri (mərmi buraxılışı barədə- red) məlumat yayıb”, - agentlik xəbər verib.

Qeyd edilir ki, mərmi Yaponiya iqtisadi zonası sərhədində dənizə düşüb. Hərbçilər mərmi haqqında əlavə məlumatları təhlil edir.

Bu, KXDR-in 2022-ci ildə silahlarının ikinci sınağıdır. Əvvəlki hadisə yanvarın 5-də baş verib. Şimali Koreya daha sonra 700 kilometr uçan və hədəfi dəqiq vuran səsdən sürətli raketi sınaqdan keçirdiyini açıqlayıb.

KXDR ötən il sonuncu dəfə oktyabrda raket sınaqları keçirib. Sonra o, sualtı qayıqların yeni ballistik raketlərini işə salıb.(Report)



Xəbəri paylaş

1233 dəfə oxunub.

Digər xəbərlər