Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda bu gün aşkarlanan “Omicron”dan necə xilas olaq? - TƏBİB-dən açıqlama
Tarix: 10-01-2022 | Saat: 19:08
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda bu gün aşkarlanan “Omicron”dan necə xilas olaq?

“Azərbaycanda COVID-19-un yeni aşkarlanan “Omicron” ştamı yoluxma sürətinə görə dünya ölkələrində bir neçə aydır ki, aktuallığını qoruyub saxlayır. Hətta bir sıra ölkələrdə yeni yoluxmaların böyük əksəriyyəti məhz “Omicron” ştamı ilə bağlıdır. Bəzi ölkələrdə pandemiya başlayandan bu günə qədər “Omicron”dan sonra rekord sayda yoluxma qeydə alınıb. Pandemiyanın başladığı ilk günlərdən indiyə kimi virusdan qorunma üsulları, demək olar ki, dəyişməyib. Sadəcə olaraq, xəstəlik əleyhinə peyvəndlər aşkar edildikdən sonra əsas profilaktik vasitə vaksinasiyadır. Digər sanitar-gigiyenik qaydalar isə eynidir”.

Qarabaginfo.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva danışıb.

Həkim-mütəxəssis bildirib ki, koronavirusun istənilən ştamından qorunmaq üçün peyvəndlərdən istifadə edilməlidir:

“Peyvəndlər aktuallığını, bütün ştamlara qarşı effektivliyini qoruyub saxlayır. Vətəndaşlar özlərini və yaxınlarını qorumaq üçün peyvəndləmə prosesində aktiv iştirak etməlidirlər. Hətta iki doza peyvənd alanlar da 5 ay keçdikdən sonra "buster" doza vurdurmalıdırlar.

Həmçinin oxuyun: Azərbaycanda “Omicron” aşkarlandı

Nəzərə almaq lazımdır ki, vaksinasiyadan bir müddət sonra immunitet zəifləməyə başlayır. Bu, həm xəstələnmə, həm də vaksinasiya nəticəsində yaranmış immunitetə aiddir. Yəni, hər kəs "buster" doza ilə mütləq peyvəndlənərək, xəstəliyə qarşı güclü immunitetin yaranmasına nail olmalıdır. Təbii ki, şəxsi gigiyena qaydalarına əməl etmək, kütləvi toplaşmalardan uzaq durmaq, yaxın kontaktlardan çəkinmək də vacibdir.

Vətəndaşlar, həmçinin xəstəlik əlamətləri hiss etdikdə evdən çıxmamalı, digər şəxslərlə, yaxın ətrafla təmasda olmamalıdılar. COVID-19 simptomu hiss edən vətəndaşlar test cavabı çıxana qədər özlərini izolyasiya etməlidirlər. Hesab edirəm ki, həmin qaydalara riayət etsək, xüsusilə də vaksinasiyada aktivləşsək, "Omicron" ştamından da qısa müddətdə xilas ola bilərik”.

Xatırladaq ki, Azərbaycanda ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrin 12-də yanvarın 10-da “Omicron” variantı aşkarlanıb.

 



Xəbəri paylaş

1247 dəfə oxunub.

Digər xəbərlər