Tarix: 10-01-2022 | Saat: 18:55
Bölmə:Karusel / Gündəm | çapa göndər
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Əbdürrəhman Vəzirov bu gün vəfat edib. Xatırladaq ki, Azərbaycan ictimai-siyasi mühitində ona qarşı münasibət hər zaman tənqidi olub. Bununla belə, ölkənin tanınmış şəxsləri arasında Vəzirova simpatiya ilə yanaşanlar az olmayıb.
Onlardan biri də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənov olub. Onun hələ tələbə olarkən Vəzirova göndərdiyi teleqramın mətni yayılıb.
Qarabaginfo.az həmin teleqramın mətnini eynilə təqdim edir:
Azərbaycan Kompartiyasının MK-sı, MK-nin birinci katibi yoldaş A.X. Vəzirova
"Biz, S.M.Kirov adına Azərbaycan dövlət universitetinin tarix fakültəsinin dekanı ilə görüş iştirakçıları, yenidənqurma prosesində bizim respublikada Azərbaycan Kompartiyasının məqsədyönlü fəaliyyəti sayəsində baş verən pozitiv və real dəyişiklərlə tanış olduq. Biz partiyanın qarşısında, bütün sovet xalqının qarşısında duran böyük vəzifələri bütün məsuliyyətimizlə dərk edirik və sizi əmin etmək istəyirik ki, biz respublikaya yüksəkixtisaslı elmi kadrlar kimi dönəcəyik və özümüzü yenidənqurma işinə həsr edəcəyik.
Bu məqsədə çatmaq üçün biz bütün öz gücümüzü, enerjimizi və biliklərimizi yönəldəcəyik. Biz Azərbaycan Kompartiyasının yeni rəhbərliyinin məqsədyönlü işini alqışlayırıq və dərindən dəstəkləyirik.
M.V.Lomonosov adına MDU-nun tarix fakültəsinin tələbələri və aspirantları Ağakişiyev İ.Ə., Cavadov Ə.S., İbadov R.Ə., Qarayev Ş.E., Quliyev H.B., Məhərrəmov N.U., Həsənov Ə.M., Azayeva Ə.Ə., Qaziyeva S.A. və başqaları”./Sfera.az
Digər xəbərlər