Tarix: 27-02-2019 | Saat: 10:26
Bölmə:Karusel / Gündəm / İdman | çapa göndər
"Qarabaginfo" xəbər verir ki, Ağdamın “Qarabağ” klubu bu günlə əlaqədar sosial şəbəkə hesabında komandanın kapitanı Rəşad Sadıqovun açıqlamasını yerləşdirib. Təcrübəli müdafiəçi Rusiyanın “Matç! TV” kanalına müsahibəsində “Qarabağ” klubunda forma geyməyin məsuliyyətindən danışıb:
“Xüsusilə, yerli futbolçular üçün bu bölgəni layiqincə təmsil etmək çox önəmlidir. Hamı bilir ki, torpaqlarımız işğal edilib, amma bu, müvəqqətidir. Torpaqlarımızı ən qısa zamanda geri qaytaracağıq. Biz beynəlxalq oyunlarımızı orada keçirməyi çox arzulayırıq. İnanırıq ki, bu, bizə qismət olacaq. Baş məşqçimiz bütün komandaya daim bu hadisələri xatırladır. Baş məşqçimiz imkan olduqca hər məqamda, toplantılarda hansı bölgənin komandasını təmsil etdiyimizi, hansı klubun şərəfini qoruduğumuzu yadımıza salır”.
Digər xəbərlər