Saytımızı qiymətləndirin


 
 

ABŞ-Rusiya danışıqlarında Avropanın təhlükəsizliyi müzakirə edilməyəcək
Tarix: 10-01-2022 | Saat: 07:22
Bölmə:Karusel / Dünya | çapa göndər

 

ABŞ-Rusiya danışıqlarında Avropanın təhlükəsizliyi müzakirə edilməyəcək

ABŞ Dövlət katibinin birinci müavini Vendi Şerman Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkovla Cenevrədə görüşü zamanı Vaşinqtonun ölkələrin hansı ittifaqlara qoşulacağını müstəqil seçməsi prinsipini dəstəklədiyini qeyd edib.

Qarabaginfo.az xəəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın bəyanatında deyilir.

Onun sözlərinə görə, diplomatlar yanvarın 10-da strateji sabitlik üzrə dialoq çərçivəsində fövqəladə görüşdə hər iki tərəfin toxunacağı ikitərəfli mövzuları müzakirə ediblər.

Dövlət katibinin müavini ABŞ-ın suverenlik, ərazi bütövlüyü və suveren dövlətlərin öz müttəfiqlərini seçmək azadlığı kimi beynəlxalq prinsiplərə sadiqliyini vurğulayıb.

Bundan əlavə, Şerman qeyd edib ki, rəsmi Vaşinqton Moskva ilə bir sıra ikitərəfli məsələləri müzakirə etməyə hazırdır, lakin müttəfiqlərinin iştirakı olmadan onların təhlükəsizliyi barədə danışmaq niyyətində deyil.

“Dövlət katibinin müşaviri təsdiq edir ki, ABŞ diplomatiya vasitəsilə real irəliləyişi alqışlayır. Birləşmiş Ştatlar strateji sabitliyə dair dialoq çərçivəsində Rusiya ilə bir sıra ikitərəfli məsələləri müzakirə edəcək, lakin bizim avropalı müttəfiqlərimiz və tərəfdaşlarımız olmadan Avropa təhlükəsizliyini müzakirə etməyəcək. Bəzi məsələlər yanvarın 12-də Brüsseldə keçiriləcək Rusiya-NATO Şurasının iclasında və yanvarın 13-də ATƏT Daimi Şurasının Vyanada keçiriləcək iclasında müzakirə olunacaq”, - Prays bildirib.



Xəbəri paylaş

1257 dəfə oxunub.

Digər xəbərlər