Saytımızı qiymətləndirin


 
 

Qazaxıstanda silah daşıyan Ermənistan nömrəli avtomobil saxlanıldı - VİDEO
Tarix: 08-01-2022 | Saat: 22:20
Bölmə:Karusel / Region | çapa göndər

 

Gecə saatlarında Qazaxıstanın Uralsk rayonunda silahlı şəxslər aşkarlanıb. Polis əməkdaşları şübhəli avtomobillərdən birini saxlayarkən buradan xeyli sayda silah sursat aşkarlanıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə yerli "Xabar 24” kanalı məlumat yayıb. Məlumata görə nəzarət-buraxılış məntəqəsindən keçən erməni nömrəli "Toyota" markalı avtomobilin yük yerindən 50 telefon, bıçaq və güllələr, gözyaşardıcı qaz, səs bombası, 6 ədəd planşet və xeyli smart saat olub. Maşında 3 kişi və qadınla uşaq olub. Sürücü əvvəlcə avtomobilin yük yerini göstərməkdən imtina edib.

Almatıda güllə yarası alan uşaq ölübEhtimal edilir ki, xüsusi dəstə iğtişaş törədən radikallara lazımı avadanlıqlar daşımaq üçün yola çıxıblarmış.

Xatırladaq ki, Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin yanvar ayının ilk günlərində başlayıb. Xalqın tələbi maye qazın qiymətinin aşağı salınmasından ibarət olub. Yanvarın 4-5-də isə Almatı şəhərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib. Polis gözyaşardıcı qaz və səs bombalarından istifadə edib. Bütün Qazaxıstanda internet bağlanıb, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb.

Yanvarın 5-də Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mangistau və Almatı vilayətlərində, həmçinin Almatı və Nur-Sultanda iki həftəlik fövqəladə vəziyyət elan edib. Sonradan fövqəladə vəziyyət bütün ölkə ərazisinə şamil edildi. Vəziyyətin gərginliyini nəzərə alan ölkə prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına(KTMT) müraciət edərək Qazaxıstana sülhməramlı kontingentin yeridilməsini xahiş edib.

(Manset.az)



Xəbəri paylaş

1322 dəfə oxunub.

Digər xəbərlər