Tarix: 08-01-2022 | Saat: 11:43
Bölmə:Karusel / Gündəm / Siyasət | çapa göndər
“Azərbaycan hakimiyyəti Qazaxıstandakı son olayları 20 yanvar qətliamı ilə paralel aparmağa meyllidirsə, buradan aşağıdakı nəticələr çıxır: Birincisi, rəsmi Bakı Qazaxıstan prezidenti Tokayevin Rusiya hərbçilərini ölkəsinə dəvət etməsini yanlış addım hesab edir və bunu 20 yanvarda olduğu kimi işğal kimi dəyərləndirir. İkincisi, rəsmi Bakı Tokayevi 20 yanvar günlərində Azərbaycana rəhbərlik edən Əbdülrəhman Vəzirova bənzədir. Vəzirov 20 yanvardan sonra Moskvaya qaçdı. Üçüncüsü, rəsmi Bakı Rusiyanın fürsətdən istifadə edib Qazaxıstanı parçalamaq təşəbbüslərindən narahatdır. Bu təşəbbüslərin müəllifi başda Kreml sahibi olmaqla rus pravoslav kilsəsindən tutmuş Rusiya mediasına qədər uzanır”.
Qarabaginfo.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.
E.Şahinoğlu qeyd edib ki, Azərbaycan hakimiyyəti Qazaxıstandakı olaylarda Rusiyanın artan fəallığından narahatdır: “Rusiya 2008-c ildə Gürcüstanı parçaladı, 2014-cü ildə Ukraynanı parçaladı, Qazaxıstanı da eyni tale gözləyirmi? Bu sual Azərbaycan hakimiyyəti ilə yanaşı Azərbaycan cəmiyyətini də ciddi narahat edir. Bu vəziyyətdə Azərbaycan-Türkiyə siyasi və hərbi ittifaqının gücləndirilməsinin aktuallığı artır. Bu sıraya Türkiyənin Azərbaycanda hərbi bazalarının yerləşdirilməsindən tutmuş iki qardaş ölkə arasında konfederasiya müzakirələrinin başlamasına qədər bəndlər yer almalıdır. Başqa alternativimiz yoxdur. SSRİ-nin xisləti ilə yaşayan Kreml sahibi qonşu dövlətləri bərabər hüquqlu tərəfdaş kimi deyil, Rusiya imperiyasının qalıqları hesab edir”.
Digər xəbərlər