Saytımızı qiymətləndirin


 
 

Canpolad İmanovun klinikası fəaliyyətə başladı - “MediOld”
Tarix: 04-01-2022 | Saat: 21:15
Bölmə:Karusel / Gündəm | çapa göndər

Canpolad İmanovun klinikası fəaliyyətə başladı

Məşhur terapevt-androloq Canpolad İmanovun rəhbərlik etdiyi “MediOld” klinikası bu gündən fəaliyyətə başlayıb. 

Təmtəraqlı açılış mərasimində həkimlər, pedaqoqlar, jurnalistlərlə yanaşı mədəniyyət xadimləri də iştirak edib.  

Qonaqlar arasında “Həyat” fondunun rəhbəri, aparıcı Hacı Nuran Hüseynov, Xalq artistləri Ağadadaş Ağayev, Könül Xasıyeva, Əməkdar artist Vəfa Zeynalova, müğənni Nadir Qafarzadə, Murad Sadıx, aparıcı Fira Cəlilova və başqaları olub. 

Tədbirdə yer alan şəxslər dünya tibb sahəsində mövcud olan ən son texnoloji avadanlıqlar məhz bu klinikada cəmləndiyinin şahidi olublar.

Androloq-terapevt Canpolad İmanovun rəhbərlik etdiyi klinika günün 24 saatı pasiyentlərin xidmətindədir. Klinikada mövcud olan müxtəlif bölümlər insanların sağlamlığı üçün nəzərdə tutulub. 

“MediOld” klinikasına cəlb olunan həkim və tibbi personal öz peşəkarlığı ilə seçilir.

“MediOld” hər kəsin ürəklə, rahatlıqla üz tuta biləcəyi ünvandır, sizin şəfanız buradadır. 

Ünvan: Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, 68A 

Əlaqə: (+994 50) 766 91 09

İnstagram: @medioldklinikasi

@dr.canpolad_imanov

Fotolar: Zakir Quliyev

 






 



Xəbəri paylaş

1361 dəfə oxunub.

Digər xəbərlər