Saytımızı qiymətləndirin


 
 

Deputat karantin qaydalarını pozdu - Foto
Tarix: 03-01-2022 | Saat: 17:59
Bölmə:Karusel / Gündəm | çapa göndər

Deputat karantin qaydalarını pozdu - Foto

Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev ölkədə tətbiq olunan xüsusi karantin rejimi qaydalarını pozub. 

Qarabaginfo.az xəbər verir ki, deputat Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi qaydaları kobud şəkildə pozaraq, İmişli rayonunda təşkil olunan yas mərasimlərində iştirak edib. 

Belə ki, deputat bir neçə yas mərasiminə qatıldığını özünün sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Azərbaycanda dəfn mərasimləri istisna olmaqla, açıq və qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi qadağandır.

Xatırladaq ki, Milli Məclisin sonuncu plenar iclaslarından birində (14 dekabr) R.Nurullayev çıxışı zamanı yas mərasimlərinin keçirilməsinə icazə verilməsini istəyib:

“Mənə müraciət edən onlarla din xadimləri adından Operativ Qərargahdan bu məsələyə də operativ baxılmasını istəyirəm”.

Yəni, bu çıxış onu göstərir ki, deputat yas mərasimləri ilə bağlı qadağadan, yumşaq desək, xəbərdardır.



Xəbəri paylaş

1278 dəfə oxunub.

Digər xəbərlər