Bakıda və Abşeronda ilk iş günlərinə gözlənilən hava proqnozu açıqlandı
Tarix: 03-01-2022 | Saat: 17:48
Bölmə:Karusel / Gündəm | çapa göndər
1362 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 03-01-2022 | Saat: 17:48
Bölmə:Karusel / Gündəm | çapa göndər

Yanvarın 5-6-da Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, yanvarın 5-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-11° isti olacaq.
Yanvarın 6-da dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-6° isti, gündüz 8-11° isti olacaq.
Xəbəri paylaş
Digər xəbərlər
3-12-2025, 16:09
Xankəndidə məmur bu hərəkətinə görə cəzalandırıldı
20-06-2023, 14:34
Rəşad Mahmudov COVID peyvəndlərinin ürək xəstəliklərini artırmasına dair iddialara aydınlıq gətirib
7-11-2024, 20:53
Hövsan Sağlamlıq Mərkəzi istifadəyə verildi - Fotolar
4-07-2026, 07:57
Livan XİN başçısı: İsraillə çərçivə sazişi yekun razılaşma deyil
2-10-2025, 12:49
Emin Əmrullayev Salyanda vətəndaşları qəbul edəcək
26-11-2017, 12:44
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb
16-05-2022, 16:08
Sabiq icra başçısının cəzası azaldılıb
6-04-2019, 14:33
Baş nazir bəzi idxal və ixrac gömrük rusumlarına dəyişiklik etdi
















