Saytımızı qiymətləndirin


 
 

Köçəryandan acı etiraf: “2021 Ermənistan üçün mütləq uğursuzluq ili oldu“
Tarix: 27-12-2021 | Saat: 16:18
Bölmə:Karusel / Region | çapa göndər

Köçəryandan acı etiraf: “2021 Ermənistan üçün mütləq uğursuzluq ili oldu“

“Ermənistan təbliğat müharibəsində uduzmaqda davam edir”.

Qarabaginfo.az “Aysor”a istinadla xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti, hazırda müxalif “Hayastan” fraksiyasının rəhbəri Robert Koçaryan bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ermənistan bu il əsirlərin qaytarılmasını təmin etmək üçün beynəlxalq ictimaiyyəti səfərbər edə bilməyib.

R.Koçaryan açıqlamasında onu da deyib ki, “Artsax” məsələsi ilə bağlı qeyri-müəyyənlik dəyişməz olaraq qalır:

“Ancaq əminlik bu yaxınlarda ortaya çıxdı. Artıq aydındır, Baş nazir bəyan edir ki, 2016-cı ildən Qarabağ Azərbaycandan kənarda statusun nəzəri imkanlarını itirib və bu, Ermənistanın mövqeyidir. Baş nazir son açıqlamaları ilə əslində, Qarabağın "müstəqilliyi"ni sual altına qoyur. O ya nə etdiyini başa düşmürr, ya da bunu planlı şəkildə edir. Ermənistan bütün istiqamətlərdə mütləq fiaskoya uğrayıb”.

Koçaryan onu da vurğulayıb ki, o, hər şeydən çox qondarma “Artsax Respublikası”nın hazırkı “prezidenti” Arayik Arutyunyanın sözlərinə münasibət bildirmək istərdi:

Sabiq dövlət başçısının sözlərinə görə, Ermənistanın Baş naziri Paşinyan elə bir şey deyib ki, ona reaksiya verməmək, sadəcə mümkün deyil: 

“Əslində, Qarabağın “İstiqlaliyyət Bəyannaməsi” şübhə altına alınıb. Yeri gəlmişkən, mən bu “bəyannamə”nin müəlliflərindən biriyəm”.

“Delimitasiyaya alternativ delimitasiyadan imtina etməkdir” fikrini səsləndirən R.Koçaryan deyib:

“Sadəcə olaraq, bu prosesə getməyə ehtiyac yoxdur, çünki zəif başlanğıc mövqeləriniz var, diplomatik münasibətləriniz, heç bir ikitərəfli münasibətləriniz yoxdur. Diplomatik əlaqələr olmadan delimitasiya aparılmır. Əvvəlcə palto, sonra paltar geyinə bilməzsən, adətən, onlar bunu tərsinə edir”, - deyə Koçaryan Paşinyan hökumətinə ağıl verib.

Ermənistan iqtidarının müxalifi qeyd edib ki, kütləvi etirazlara hazırdırlar:

“Biz bunu edəcəyik, buna gedən yoldayıq. Yetişməsi lazım olan bir şey var və mən şəxsən hər şeyə hazıram. Uğura aparan addımlar olacaq”.

Ermənistanın eks-prezidenti 2021-ci ili "mütləq uğursuzluq ili" adlandırıb. Onun sözlərinə görə, bu il bir məsələ də həllini tapmayıb:

“Səlahiyyətlilər deyir ki, 40 kvadrat kilometrdən çox ərazi düşmənin azərbaycanlıların nəzarətindədir, amma reallıqda daha çox əraziyə nəzarət etmirik. Azərbaycan qoşunları güman etdikləri sərhəd xətti boyunca yerləşib və biz ən azı 500 metrdən 1-1,5 kilometrə qədər, bəzi yerlərdə bir az da çox geri çəkilməyə məcbur olduq. Bu, təkcə Vardenis (Basarkeçər) bölgəsində deyil, həm də müharibədən əvvəl Naxçıvan bölgəsində baş verib”.

R.Koçaryan qeyd edib ki, 44 günlük müharibədə həlak olanların sayı hələ açıqlanmayıb. Onun sözlərinə görə, həlak olanların ad və soyadları, tərcümeyi-halı qeyd olunan xatirə kitabının açılması lazım idi, bu, həlak olanlara və onların ailələrinə hörmətin təzahürü olardı:

"Bir ildən sonra bu məsələnin qeyri-müəyyən qalması normal deyil. Əhalinin təqribən 70-80%-i təhlükəsizlikdən narahatdır və buna görə də səlahiyyətli orqanlar məsuliyyət daşıyır.

Ordunun büdcəsi elə deyil ki, gələn il bu problemlərin həll olunacağına ümid etmək olar”.

Müxalifətçi onu da vurğulayıb ki, il ərzində Ermənistan Silahlı Qüvvələrinin üç müdafiə naziri və iki baş qərargah rəisi dəyişdirilib:

“Bilirsiniz, müdafiə idarəsinin rəislərini corab kimi dəyişmək olmaz. Bir izahat var - bu hakimiyyətlər effektiv orduya malik olmaqda maraqlı deyillər”, - Robert Koçaryan yekunlaşdırıb.(Yenisabah.az)



Xəbəri paylaş

1315 dəfə oxunub.

Digər xəbərlər