Saytımızı qiymətləndirin


 
 

107 hakimin fəaliyyəti təhlil edilib
Tarix: 21-12-2021 | Saat: 21:06
Bölmə:Karusel / Siyasət | çapa göndər

107 hakimin fəaliyyəti təhlil edilib

2018-ci ildə hakim vəzifəsinə təyin olunmuş 107 nəfərin səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar onları xarakterizə edən rəy, sənəd və digər materialların toplanıldığı bildirilib, habelə ətraflı təhlillər aparılmaqla fəaliyyətləri hərtərəfli qiymətləndirilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasının videokonfrans formatında iclasında Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov bildirib.

O deyib ki, onların əksəriyyəti hakimliyə yararlı hesab edilib, habelə vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verən 3 nəfərin səlahiyyətlərinə xitam verilməsi, fəaliyyətində fərqlənən 8 nəfərin apelyasiya məhkəmələrinə irəli çəkilməsi, digərlərinin isə müxtəlif birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin edilməsi məqsədəuyğun sayılıb.

Həmin hakimlərin peşəkarlığına, müvafiq sahələrdə yüksək nəzəri və praktiki hazırlığına, mənəvi saflığına, etik davranışına xüsusi diqqət yetirilməklə onların təyinatı ilə bağlı təkliflər hazırlanaraq dövlət başçısına təqdim olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21.12.2021-ci il tarixli Sərəncamı ilə Məhkəmə-Hüquq Şurasının həmin təklifləri nəzərə alınaraq qeyd edilən hakimlər barədə müvafiq təyinatlar aparılıb.



Xəbəri paylaş

1233 dəfə oxunub.

Digər xəbərlər