Saytımızı qiymətləndirin


 
 

“Çin koronavirusa görə dünyaya təzminat ödəməlidir” - Tramp
Tarix: 21-12-2021 | Saat: 15:28
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Çin koronavirusa görə dünyaya təzminat ödəməlidir”

 

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp hesab edir ki, Çin koronavirusun peyda olmasına görə dünyaya təzminat ödəməlidir.

Qarabaginfo.az xəbər verir ki, Tramp “Fox News” telekanalına verdiyi müsahibəsində bu barədə danışıb.

Bununla yanaşı, o, öz fikrini əsaslandırmaq üçün heç bir sübut təqdim etməyib.

Tramp qeyd edib ki, koronavirus pandemiyası dünya üzrə 60 trilyon dollar ziyan vurub.

“Çinin bu təzminatı ödəyəcək qədər vəsaiti yoxdur. Çinin 60 trilyon dolları yoxdur. Lakin onlar nəsə etməlidirlər. Onların dünyaya etdikləri dəhşətlidir. Dəhşətdir və bunun sonu yoxdur”, - deyə sabiq Prezident əlavə edib.

Qeyd edək ki, pandemiya başlayandan etibarən koronavirusun mənşəyi barədə təzadlı fikirlər dolaşır. ABŞ-ın xüsüsi xidmət orqanlarının gəldiyi nəticəyə görə, Çinin rəsmi şəxsləri koronavirus yayılmazdan əvvəl virusun mövcudluğu barədə heç bir məlumata malik olmayıblar. Çin isə koronavirusun yaranması və yayılmasına görə məsuliyyət daşıması ilə bağlı iddiaları qəbul etmir.

 



Xəbəri paylaş

230 dəfə oxunub.

Digər xəbərlər