Bəs yaxın müddətdə iki ölkə arasında sərhədlər açıla bilərmi?
“Sərhədlərin açılması prosesi yaxın müddətdə baş verə bilər. Məncə, çox uzaq deyil, hətta çox yaxındır. Çünki bu məsələdə demək olar hər şey hazırdır. Xüsusi nümayəndə təyin olunub, bəlkə yaxın müddətdə bu, səfirliklərə çevrilə bilər. Açılmasının heç bir mənfi cəhəti yoxdur, çünki quru və hava yolları hazır vəziyyətdədir.
İndi alınan qərarların hamısı iki ölkənin xeyrinə olacaq. Türkiyənin qazancı burada daha çoxdur. Çünki Azərbaycan ilə quru sərhəd yolu əldə edəcək. Digər bir yandan Türkiyəni narahat edən bir vəziyyətdə var. Türkiyə Amerikadan F-35 ala bilmədiyi üçün F-16 almaq istəyir. Onların senatorluğunda erməni lobbisi ilə qarşı-qarşıya gəlməmək üçün bu addımı atır. Sərhədlər açılandan sonra Ermənistanın vəziyyəti də yaxşılaşacaq. Rəsmi olaraq bilinən 150 min erməni Türkiyədə çalışır. Eyni zamanda daha çox insanın çalışması üçün işlər daha asan olacaq. Onların vasitəsi ilə də Türkiyə daha yüksək yerdə olacaq. İqtisadi sahədə irəlləyiş olarsa, insanlar arasında da münaqişə normallaşacaq. Bizim arzumuz Azərbaycan torpaqlarını almaq idi, bunu da həll etdik”.