Saytımızı qiymətləndirin


 
 

Serj Sarqsyandan etiraf: "Hakimiyyətim dövründə ədalətsizlik, korrupsiya yüksək səviyyədə idi"
Tarix: 18-12-2021 | Saat: 15:35
Bölmə:Karusel / Region | çapa göndər

 

Serj Sarqsyandan etiraf: Hakimiyyətim dövründə ədalətsizlik, korrupsiya yüksək səviyyədə idi
Serj Sarqsyan

“Bütün günahlarımı başqalarının üzərinə yıxmaq kimi məqsədim yoxdur. Hakimiyyət dövrümdə problemlər çox idi, ədalətsizliklər, korrupsiya yüksək səviyyədə idi".

Qarabaginfo.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın keçmiş Prezidenti Serj Sarqsyan sədri olduğu Respublika Partiyasının qurultayında çıxış edərkən etiraf edib.

“Bizim adımızla sərvət toplayanlara qarşı sərt deyildim. Mən xalqla kifayət qədər açıq deyildim, bir çox daxili problemlərə əhəmiyyət vermədim”, - o vurğulayıb.

S.Sarqsyan həmçinin rəhbərlik etdiyi partiyanın sıralarında etimada layiq olmayan insanların olduğunu da boynuna alıb.

Qeyd edək ki, Serj Azad oğlu Sarqsyan 1954-cü ildə Azərbaycanın Xankəndi şəhərində doğulub. Keçmiş Dağlıq Qarabağdakı erməni separatçı-terrorçularının rəhbərlərindən biri olub.

O, müxtəlif illərdə Ermənistanın milli təhlükəsizlik naziri, daxili işlər və milli təhlükəsizlik naziri, habelə müdafiə naziri vəzifələrində işləyib. S.Sarqsyan 2008-2018-ci illərdə Ermənistanın Prezidenti olub. Dövlət başçısı olduğu dövrdə daxili siyasətdə korrupsiya, özbaşınalıq geniş vüsət alıb, xarici siyasətdə isə ölkəsini Rusiyadan daha da asılı vəziyyətə salıb. 2018-ci ildə Ermənistan parlament respublikası idarəçiliyinə keçdikdən sonra ölkənin qanunverici orqanı onu Baş nazir seçib. Lakin o, bu vəzifədə 6 gün qala bilib. Belə ki, S.Sarqsyanın seçilməsinə qarşı yönələn kütləvi etirazlar ölkədə inqilaba yol açıb, onun isə vəzifədən getməsi ilə başa çatıb.(Report)



Xəbəri paylaş

1268 dəfə oxunub.

Digər xəbərlər