Saytımızı qiymətləndirin


 
 

Səudiyyə Ərəbistanının şirkətləri azad olunmuş ərazilərin bərpasında iştiraka dəvət edilib
Tarix: 15-12-2021 | Saat: 23:34
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Azərbaycan-Səudiyyə Ərəbistanı-Hökumətlərarası Komissiyasının iclası

 

Səudiyyə Ərəbistanının şirkətləri azad olunmuş ərazilərin bərpasında iştiraka dəvət edilib.
Maliyyə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, Ər-Riyad şəhərində keçirilən Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-ci iclasında Komissiyanın həmsədri, maliyyə naziri Samir Şərifov Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən quruculuq işləri barədə məlumat verib, Qarabağ regionunun minalardan təmizlənməsi, tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin, infrastrukturun bərpası işlərinin həyata keçirilməsi üçün böyük həcmli maliyyə resursları tələb olunduğunu bildirib və Səudiyyə Ərəbistanı şirkətlərini azad olunmuş ərazilərin bərpasında və yenidən qurulmasında iştiraka dəvət edib.
Maliyyə naziri həmçinin, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə tədbir iştirakçılarına məlumat verib, səudiyəli investorları sənaye zonalarına və aqroparklara, o cümlədən, Sumqayıt kimya sənaye parkı, Yüksək texnologiyalar parkı, Mingəçevir yüksək texnologiyalar parkı və Balaxanı, Qaradağ, Mingəçevir, Pirallahı sənaye parkları və Neftçala, Masallı, Hacıqabul və Sabirabad sənaye məhəllələrinə sərmayə yatırmağa dəvət edib.
Ölkələrimiz arasında turizm sahəsində əməkdaşlıq üçün geniş imkanlar olduğunu və Səudiyyə Ərəbistanının iş adamlarının Azərbaycanda turizm infrastrukturunun inkişafına öz töhfəsini verə biləcəyini diqqətə çatdıran nazir eyni zamanda, kənd təsərrüfatı sahəsində də ölkələrimiz arasında əməkdaşlıq üçün geniş imkanlar olduğunu qeyd edib, kənd təsərrüfatı və ərzaq məsullarının istehsalı üzrə Azərbaycan-Səudiyyə Ərəbistanı birgə müəssisələrinin yaradılmasının, Azərbaycanda mövcud olan kənd təsərrüfatı layihələrinə səudiyyəli iş adamlarının cəlb edilməsinin, Azərbaycanda istehsal olunan qida və kənd təsərrüfatı məhsullarının Səudiyyə Ərəbistanına idxalının potensial əməkdaşlıq sahələri kimi önə çəkib.



Xəbəri paylaş

1229 dəfə oxunub.

Digər xəbərlər