Saytımızı qiymətləndirin


 
 

"Belarus Ərdoğanın istənilən xahişini, sözsüz, yerinə yetirir..." - Lukaşenko
Tarix: 13-12-2021 | Saat: 20:36
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Belarus Ərdoğanın istənilən xahişini, sözsüz, yerinə yetirir…” – Lukaşenkowhatsapp sharing button
“Türkiyə Belarus üçün ən dost dövlətlərdən biridir”.
Qarabaginfo.az “BelTA”ya istinadla xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Türkiyənin “TRT” televiziya və radiosuna müsahibəsində deyib.
“Ölkələr arasında əməkdaşlıq bir sıra sahələrdə, o cümlədən ticari-iqtisadi sahədə də inkişaf edir. Biz  ticarət dövriyyəsində  bir milyard dollara yaxınlaşmışıq – 2020-ci ildə 700 milyon dollardan çox idi. İndi ticarət dövriyyəsi 2020-ci ilin səviyyəsinə nisbətən çox əhəmiyyətli dərəcədə artıb”, – Belarus lideri qeyd edib.
“Xarici siyasət sahəsində əməkdaşlığa gəlincə, Belarus və Türkiyənin bir çox məsələlərdə mövqeləri oxşardır. Beynəlxalq təşkilatlarda heç bir problem yoxdur. Biz bir-birimizi dəstəkləyirik. Türkiyə Belarus üçün ən dost dövlətlərdən biridir. Xarici İşlər Nazirliyi (Türkiyə. – BelTA qeydi), onun rəhbəri Mövlud Çavuşoğlu bütün beynəlxalq platformalarda Belarusu dəstəkləyir. Eynilə , biz də Türkiyəni dəstəkləyirik. Türkiyə dövləti və türk xalqı ilə belə dostluq əlaqələri bizim üçün çox önəmlidir”.
“Fürsətdən istifadə edərək belarus xalqı adından Rəcəb Tayyib Ərdoğana və Türkiyənin Belarus siyasətində prinsiplərə sadiqliyinə və öhdəliyinə görə sizin rəhbərliyinizə səmimi qəlbdən təşəkkür edirəm”, – Aleksandr Lukaşenko bildirib.
Prezident qeyd edib ki, Türkiyə lideri ilə də şəxsi münasibətləri yaxşı olub: “Rəcəb Ərdoğanın istənilən xahişini, əgər mümkünsə, Belarus sözsüz yerinə yetirir. Biz Türkiyədən də bunu görürük. Belarusumuza qarşı tutduğu belə prinsipial mövqeyə görə Türkiyə rəhbərliyinə bir daha təşəkkür edirəm”.(moderator.az)


Xəbəri paylaş

1295 dəfə oxunub.

Digər xəbərlər