Saytımızı qiymətləndirin


 
 

AHK: Azərbaycanın Avropaya hidrogen ixrac etməyə böyük potensialı var
Tarix: 13-12-2021 | Saat: 16:03
Bölmə:Karusel / Gündəm | çapa göndər

Tobias Baumann

Azərbaycanın gələcəkdə Avropa sənaye bazarlarına hidrogen ixrac etmək üçün böyük potensialı mövcuddur.

Qarabaginfo.az-ın məlumatına görə, bunu Alman-Azərbaycan Xarici Ticarət Palatasιnın (AHK) icraçı direktoru Tobias Baumann "Azərbaycanda Bərpa Olunan Enerji – Ən Son Trendlər və İnkişaf" mövzusunda keçirilən onlayn brifinqində deyib.

Onun sözlərinə görə, Almaniyanın artıq hidrogen tərəfdaşlığına dair ilkin razılaşmaları var və Azərbaycan hazırda bu sırada çatışmayan bənddir: "Bizim yeni hökumətimiz var və biz görürük ki, "Yaşıl Partiya"dan olan iqtisadiyyat nazirimiz bu tərəfdaşlıqlara önəm verir və mən deyərdim ki, indiyədək Azərbaycanda olan potensial lazımı qədər dəyərləndirilməyib".

"Biz hətta Avstraliya haqqında hidrogen tərəfdaşı kimi danışsaq, fikirləşirəm ki, Azərbaycanın burada böyük rol oynayacağı daha inandırıcıdır və bu, təkcə ölkənin bizə yaxınlığına görə yox, həm də bizim burada mövcud infrastruktura arxalana biləcəyimizə görədir", - AHK-nın rəsmisi qeyd edib.



Xəbəri paylaş

1262 dəfə oxunub.

Digər xəbərlər