Saytımızı qiymətləndirin


 
 

Peşə məktəblərində yenilik  - Baş nazir təsdiqlədi
Tarix: 28-01-2019 | Saat: 10:32
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

 

Peşə məktəblərində yenilik

 

Baş nazir Novruz Məmmədov “Peşə təhsili müəssisələrində əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslərə əlavə müalicə-bərpa xidməti göstərilməsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

"Qarabaginfo" “Qafqazinfo.az”a istinadən xəbər verir ki, qərar “Peşə təhsili haqqında” 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli qanununun tətbiqi barədə“ prezidentin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanının 1.1.8-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə həyata keçirilir. Bu qayda “Peşə təhsili haqqqında” qanunun 15.3-cü maddəsinə əsasən hazırlanıb  və peşə təhsili müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslərə əlavə müalicə-bərpa xidmətinin göstərilməsi qaydasını müəyyən edir. Peşə təhsili müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslər üçün fərdi qaydada aparılacaq müalicə-bərpa xidmətləri ərazi dövlət tibb müəssisələri tərəfindən müəyyən edilir. Peşə təhsili müəssisəsində müalicəyə və ya müalicəbərpa xidmətinə ehtiyacı olan yetkinlik yaşına çatmayan şəxslərə, təxirəsalınmaz hallar istisna olmaqla, digər tibbi xidmətlər onların 3 valideynlərinin və ya qanuni nümayəndələrinin yazılı razılığı ilə göstərilir.Peşə təhsili müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan şəxslərə əlavə müalicə-bərpa xidmətləri dövlət büdcəsi vəsaiti hesabına göstərilir.



Xəbəri paylaş

562 dəfə oxunub.

Digər xəbərlər