Saytımızı qiymətləndirin


 
 

Konfrans Liqası: Qarabağın iki futbolçusu İLK BEŞLİKDƏ
Tarix: 10-12-2021 | Saat: 11:46
Bölmə:Karusel / İdman | çapa göndər

Konfrans Liqası: Qarabağın bu iki futbolçusu İLK BEŞLİKDƏ

 

UEFA Konfrans Liqasında qrup mərhələsinin VI tur oyunlarından sonra statistik göstəricilər açıqlanıb.

Qarabaginfo.Az xəbər verir ki, “Qarabağ”ın futbolçuları Maksim Medvedev və Kevin Medina ən çox top qazananların siyahısında yer alıb.

Kapitan Medvedev 51 dəfə top almağa müvəffəq olub və bu göstəricidə ikinci pillədə qərarlaşıb. Rəqiblərindən 44 dəfə top “oğurlayan” Medina isə Qazaxıstan “Kayrat”ındakı Frank Banyakla birgə 5-6-cı yerləri bölüşdürür.

Çexiya “Yablonets”indən Yaroslav Zeleni (61) bu nominasiyada ilk sıradadır.

Qeyd edək ki, “Qarabağ” son turda İsveçrədə “Bazel”ə 0:3 hesabı ilə uduzub.



Xəbəri paylaş

304 dəfə oxunub.

Digər xəbərlər