Saytımızı qiymətləndirin


 
 

Sergey Markov: “İlin sonunadək sərhədlərlə bağlı işlək mexanizm yaradılacaq”
Tarix: 29-11-2021 | Saat: 13:36
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Sergey Markov: “İlin sonunadək sərhədlərlə bağlı işlək mexanizm yaradılacaq”

“Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünün nəticələrini son dərəcə müsbət qiymətləndirirəm”.

Qarabaginfo.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov bildirib.

O, ilin sonunadək sərhədlərin delimitasiyası və demarkasiyası üzrə işlək mexanizmin yaradılacağına əmin olduğunu bildirib: “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü son dərəcə müsbət şəraitdə keçdi. İlin sonunadək sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin nəqliyyat dəhlizləri üzrə işlək mexanizm yaradılacaq. Tərəflərin razılaşmalara tam riayət etməsi ilə bağlı qərarlar bir daha təsdiqlənib”.

Onun sözlərinə görə, bütün məsələlər üzrə Azərbaycan və Rusiya prezidentləri arasında qurulmuş yaxşı əlaqələr irəli hərəkət etməyə təminat verir: “Ölkələr arasında xüsusən də iqtisadi maraqlar mövcuddur. Söhbət gələcəkdə müxtəlif layihələrə təkan olacaq Zəngəzur nəqliyyat dəhlizindən gedir”.

Rusiyalı ekspertin fikrincə, Prezident Putin Avropa İttifaqının rəhbərliyi ilə yaxşı əlaqələrə malikdir: “Bu, Avropa İttifaqının qarşıdan gələn görüşdən razılaşmaları pozmaq üçün istifadə etməyəcəyinə ümid yaradır”.



Xəbəri paylaş

1261 dəfə oxunub.

Digər xəbərlər