Saytımızı qiymətləndirin


 
 

Vidadi Muradovun oğlunun da əmlaklarına həbs qoyuldu
Tarix: 26-11-2021 | Saat: 16:59
Bölmə:Karusel / Gündəm | çapa göndər

Vidadi Muradovun oğlunun da əmlaklarına həbs qoyuldu

 

Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərxalça" ASC-nin sabiq sədri, dünyasını dəyişmiş Vidadi Muradovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. 

Qarabaginfo.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Vüqar Babayev bildirib ki, təqsirləndirilən şəxs sağkən ittihamları qəbul etməyib.

Daha sonra vəkil qeyd edib ki, Vidadi Muradov və onun oğlu Aydın Muradovun əmlaklarına həbs qoyulub: "Qanunvericiliyə görə, təqsirləndirilən şəxsin vəzifəyə təyin olunandan sonra aldığı əmlaklara həbs qoyula bilər. Vidadi Muradov "Azərxalça"ya 2016-cı ildə rəhbər təyin edilib. Amma üzərinə həbs qoyula əmlaklar isə 2016-cı ildən əvvəl əldə edilib. Ona görə də həmin əmlakların üzərinə qoyulan həbslər götürülsün".

Məhkəmənin qərarı ilə V. Muradovun həyat yoldaşı onun hüquqi varisi təyin olunub. İş üzrə "Azərxalça" ASC və Dövlət Vergi Xidməti zərərçəkmiş kimi tanınıb.

Qeyd edək ki, Vidadi Muradov bu ilin yanvarında həbs edilib. Sentyabrda məhkəməsi başlasa da, səhhəti ilə bağlı məhkəmə proseslərini keçirmək mümkün olmayıb. Onkoloji xəstəlikdən əziyyət çəkən V.Muradov oktyabrın 30-da ev dustaqlığına buraxılıb, noyabrın 5-də isə evində vəfat edib.

V.Muradov Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurdu. O, vəzifədə olduğu müddətdə 3.5 milyon manat vəsaiti mənimsəməkdə şübhəli bilinirdi. Məhkəmə V.Muradovun 30 milyon manatlıq əmlakına həbs qoyub.

Xatırladaq ki, Vidadi Muradovun digər oğlu Cavid Muradov Sabunçu Rayon Polis İdarəsinin rəisidir.

 

 

 



Xəbəri paylaş

262 dəfə oxunub.

Digər xəbərlər