Saytımızı qiymətləndirin


 
 

Paşinyan ilk dəfə müdafiə nazirini niyə dəyişdiyini AÇIQLADI: “Özümüzdən biri lazımdır”
Tarix: 18-11-2021 | Saat: 14:53
Bölmə:Karusel / Gündəm | çapa göndər

Paşinyan ilk dəfə müdafiə nazirini niyə dəyişdiyini AÇIQLADI: “Özümüzdən biri lazımdır”

 

Baş nazirin müavini Suren Papikyanın müdafiə naziri postuna təyin olunması Paşinyanın siyasi komandasının üzvünü bu vəzifədə görmək zərurəti ilə bağlı olub.

Qarabaginfo.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan “Mənim şərəfim var” blokundan olan deputat Tiqran Abramyanın sualını cavablandırarkən deyib.

Abramyan Arşak Karapetyanın vəzifədən kənarlaşdırılmasının cəmiyyətdə  müxtəlif suallar doğurduğunu Paşinyanın diqqətinə çatdırıb. Cavabında isə Paşinyan bəyan edib ki, xüsusən müdafiə nazirinin dəyişdirilməsi məsələsini açıq şəkildə müzakirə etmək olmaz:

“Axı parlamentdəki çıxışları təkcə Ermənistan vətəndaşları eşitmir. Təcrübə göstərir ki, baş nazirlə siyasi ünsiyyət çox vacibdir.  Mən məlum hadisələrdən sonra bir vaxtlar Xarici İşlər Nazirliyində məsləhətləşmələr keçirəndə və çoxlu sayda idarə rəhbərlərini toplayanda, onlar hazırkı işin siyasi məzmununu tam bölüşəcək bir adamın təyin olunmasını xahiş etdilər” – deyə hökumət başçısı əmin edib.



Xəbəri paylaş

306 dəfə oxunub.

Digər xəbərlər
18-11-2022, 15:28 Paşinyan dindirildi