Saytımızı qiymətləndirin


 
 

“Qarşıda uzun və çətin danışıqlar prosesi var” - Aleksey Sitnikov
Tarix: 15-11-2021 | Saat: 08:28
Bölmə:Karusel / Siyasət | çapa göndər

“Qarşıda uzun və çətin danışıqlar prosesi var” - Aleksey Sitnikov

Əgər Qarabağda insanların xoşbəxtliyinə şərait yaratmaq mümkün olarsa, o zaman Azərbaycanın özünün ən mühüm vəzifəsini yerinə yetirdiyini demək olar.

Qarabaginfo.az xəbər verir ki, bunu Oxu.Az-a Rusiya nümayəndə heyətinin Qarabağa səfərindən sonra Sosial Texnologiyalar Akademiyasının təsisçisi, professor Aleksey Sitnikov deyib.

Şuşada keçirilən beynəlxalq konfransın iştirakçısı səfərdən təsirləndiyini gizlətməyib və Azərbaycanın düzgün yolda olduğuna inandığını bəyan edib.

“Azərbaycanın bu vəziyyətə işgüzar yanaşdığı göz qabağındadır. İnsanların milliyyətindən asılı olmayaraq bu ərazilərdə yaşaya bilməsi üçün mümkün hər şey edilir. Şuşaya səfər onu deməyə əsas verir ki, bütün məsələlər danışıqlar masası arxasında, cəmiyyətin maksimal iştirakı ilə, ekspertlərin, siyasətçilərin, təhlükəsizlik mütəxəssislərinin cəlb edilməsilə həll olunmalıdır. Məhz o zaman harmoniya olacaq, dialoq olacaq, evlər və talelər dağılmayacaq” , - deyə professor bildirib.

O, qarşıda uzun və çətin danışıqlar prosesinin olduğunu da qeyd edib.



Xəbəri paylaş

1258 dəfə oxunub.

Digər xəbərlər