Qarabaginfo.az xəbər verir ki, Vətənpərvərlik hissi uşağa məktəbə qədər aşılanmalıdır: “Lap kiçik yaşlardan başlamaq lazımdır. Məsələn, uşaq ana sözü deməyə başlayanda. 2-3 yaşdan sonra uşaqlar çox sual verirlər, hər şeylə maraqlanırlar. Onların suallarını heç vaxt geri çevirmək olmaz. Nə sual verirlərsə, onun yaşı səviyyəsində cavab vermək lazımdır. Torpağımızın çiçəklərindən tutmuş, heykəllərinə qədər məlumat vermək lazımdır. Ən azı Şəhidlər Xiyabanının yanından keçəndə qəhrəmanlar haqqında danışsınlar. Uşağın ilkin qəhrəmanlıq bilikləri nağıllarla bağlı olur. Uşaqlara nağıllarla müqayisəli şəkildə qəhrəmanlarımız haqqında da danışmaq lazımdır”.
Vətənə məhəbbət körpəlikdən, beşikdə ananın dediyi layladan, söylədiyi nağıllardan başlayır. Uşaqlara vətən sevgisi aşılamaq üçün həm də valideynlər o ruhda olmalıdırlar: “Dinimizi, dilimizi, tariximizi, mədəniyyətimizi bilməliyik ki, uşaqlarımıza da aşılayaq. İnsanın öz dilində ən rahat danışdığı, özünü ən rahat ifadə etdiyi ərazi onun dövlətidir. İllərdir formalaşan, ata-babalarımızın qoruduğu mədəniyyəti qorumaq bizim borcumuzdur. Vətən sevgisinin təməli tariximizi, keçmişimizi bilməyimizdən başlanmalıdır. Ulu babalarımızın bizə qanı, canı bahasına yadigar qoyduğu bu torpaqları qorumaq bu gün bizim, sabah övladlarımızın borcudur”.
N.Müslümov deyir ki, evdə, ailədə davranış və danışıqlarımızla nümunə olmalıyıq. Daha sonra bağça, məktəb, universitet, iş həyatı və ömür boyu davam etməlidir. Çünki vətəni sevmənin yaşı, cinsi, məkanı yoxdur: “Hər şərtdə, hər şəraitdə vətənə sədaqətlə bağlı olmalı və uşaqlara da bunu aşılamalıyıq. Dili söz tutmayan körpəmizə çalışıb ilk sözünü “vətən” dedizdirməliyik. Zamanla bayrağımızı onda olan rəngləri, simvolları izah etməliyik, şeirlər əzbərlətməliyik”.
N.Müslümov deyir ki, vətən üçün gözümüzü belə qırpmadan ölümə getməyə hər an, hər dəqiqə hazır olmağı da uşaqlara öyrətmək lazımdır. Gənc və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsi
Vətəndaşlıq borcu, ilk növbədə, insanın yaşadığı torpaqla, vətənlə bağlılığıdır. Vətən borcu vətəndaşlıq borcudur. Şəhidlər xiyabanı azadlığımızın, milli iradəmizin qürur mənbəyidir
Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımız, müstəqilliyimiz və milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaq
N.Müslümov deyir ki, Azərbaycan xalqının Mübariz İbrahimova sahib çıxmağı, gənc nəslin onun qəhrəmanlığını özlərinə nümunə saymasıdır.
Prezident İlham Əliyev Biləsuvar rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə söyləyib. Biləsuvar rayonu fəxr edə bilər ki, belə gözəl övlad yetişdirib və bu gün Azərbaycan Ordusunda vətənpərvərlik ruhunun yüksək səviyyədə olması Mübariz kimi övladlarımızın addımları, qəhrəmanlığı nəticəsində olmuşdur". "Əlbəttə ki, ordu quruculuğu ilə bağlı məsələlər öz həllini tapır. Bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasındadır. İyun ayında Azərbaycan Milli Ordusunun 100 illiyinə və bir neçə ay bundan əvvəl Bakının işğalçılardan azad olunmasına həsr edilmiş hərbi paradlar bizim gücümüzü, qüdrətimizi göstərib. Əlbəttə, bizim ordumuzun bu səviyyədə olması hər bir vətəndaş üçün qürur mənbəyidir.
Bu gün bizim tədbirdə Milli Qəhrəman Mübariz İbrahimovun atası iştirak edir. Ona mən xüsusi minnətdarlığımı bildirmək istəyirəm ki, onun ailəsində Milli Qəhrəman, bizim unudulmaz əsgərimiz, qəhrəmanımız Mübariz böyüyüb, tərbiyə alıb, Vətən uğrunda döyüşüb, Vətən uğrunda həlak olub, şəhid olub. Təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıbdır. O, bilirdi ki, ölümə gedir, bilirdi ki, o döyüşdən sağ-salamat çıxmayacaq. Buna baxmayaraq, canından keçdi və düşmənə Azərbaycan əsgərinin hansı keyfiyyətə malik olduğunu nümayiş etdirdi. Biləsuvar rayonu fəxr edə bilər ki, belə gözəl övlad yetişdirib və bu gün Azərbaycan Ordusunda vətənpərvərlik ruhunun yüksək səviyyədə olması Mübariz kimi övladlarımızın addımları, qəhrəmanlığı nəticəsində olmuşdur", - dövlət başçısı vurğulayıb.