Saytımızı qiymətləndirin


 
 

Daşınmaz əmlakın müvəqqəti istifadəyə verilməsi ilə bağlı müqavilələrin təsdiqi üçün rüsum dəyişir
Tarix: 01-11-2021 | Saat: 11:34
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Daşınmaz əmlakın müvəqqəti istifadəyə verilməsi ilə bağlı müqavilələrin təsdiqi üçün rüsum dəyişir

Notariuslar və dövlət orqanları tərəfindən notariat hərəkətlərinin aparılmasına, notariat fəaliyyəti ilə məşğul olmaq üçün şəhadətnamənin verilməsinə və onun müddətinin uzadılmasına görə dövlət rüsumunun dərəcələri dəyişir.
Qarabaginfo.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, daşınmaz əmlakın (torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına
tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər) və ya mülkiyyətində daşınmaz əmlak olan müəssisədəki payın özgəninkiləşdirilməsi və yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi barədə müqavilələrin təsdiqi üçün aşağıdakı rüsumlar tətbiq ediləcək:
- müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə: 25 manat (əvvəl bu rüsum 20 manat idi).
- müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə: - 280 manat (əvvəl bu rüsum 250 manat idi)
- yaşayış sahələrinin müvəqqəti istifadəyə verilməsi üçün - 35 manat (əvvəl bu rüsum 20 manat idi).

Qeyd edək ki, layihə “Dövlət rüsumu haqqında” qanunla müəyyən edilmiş xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumlarının idarə edilməsinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Layihədə dövlət rüsumu dərəcələrinin sonuncu qüvvəyə mindiyi tarixdən sonrakı dövrdə inflyasiya səviyyəsinə uyğun indeksasiya edilməklə artırılması, dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi, o cümlədən mövcud qanunvericiliyə əsasən rüsum müəyyən edilməyən bir sıra xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumunun müəyyən edilməsi təklif olunub.
Eyni zamanda dövlət rüsumunun büdcədənkənar vəsaitlərə aid edilən hissəsinin ləğv edilməsi və tam məbləğdə büdcəyə köçürülməsi nəzərdə tutulub.



Xəbəri paylaş

1341 dəfə oxunub.

Digər xəbərlər