Saytımızı qiymətləndirin


 
 

Oktyabrın 31-nə gözlənilən hava şəraiti açıqlanıb
Tarix: 30-10-2021 | Saat: 12:26
Bölmə:Karusel / Gündəm | çapa göndər

Oktyabrın 31-nə gözlənilən hava şəraiti açıqlanıb

Bakıda və Abşeron yarımadasında oktyabrın 31-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, əsasən səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-12, gündüz 15-17 dərəcə olacaq. Bakıda gecə 10-12, gündüz 15-17 dərəcə olacaq.

Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.



Xəbəri paylaş

289 dəfə oxunub.

Digər xəbərlər