Saytımızı qiymətləndirin


 
 

 Putin MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşəcək
Tarix: 13-10-2021 | Saat: 09:03
Bölmə:Karusel / Siyasət | çapa göndər

Bu gün Putin MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşəcək

Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin bu gün MDB ölkələrinin xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşəcək.

Məlumatı Kremlin mətbuat xidməti yayıb.

Bildirilib ki, görüş videokonfrans formatında keçiriləcək.

Görüşdə Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin və Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətlərinin rəhbərləri iştirak edəcək.

Xüsusi xidmət orqanlarının rəhbərləri MDB-yə üzv dövlətlərin təhlükəsizlik və kəşfiyyat xidmətlərinin rəhbərlərinin görüşünün XVII iclasında iştirak etmək üçün Moskvaya gələcəklər.

İclas təhlükəsizlik və sabitliyin təmin edilməsi sahəsində MDB xüsusi xidmət orqanlarının qarşılıqlı əlaqəsi məsələlərinə həsr edilib.(Report)



Xəbəri paylaş

1271 dəfə oxunub.

Digər xəbərlər