Saytımızı qiymətləndirin


 
 

Yəməndə şəhər rəhbərinə sui-qəsd cəhdi olub, 4 nəfər ölübv
Tarix: 10-10-2021 | Saat: 14:46
Bölmə:Karusel / Hadisə | çapa göndər

Yəməndə şəhər rəhbərinə sui-qəsd cəhdi olub, 4 nəfər ölüb

Yəmənin cənubunda yerləşən Ədən şəhərində baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.

Digər məlumata görə, Ədən rəhbəri Əhməd Lamlasa sui-qəsd məqsədilə partlayış törədilib.

Partlayış nəticəsində bir neçə hərbçi yaralanıb.

Yəmənin Ədən şəhərinin mərkəzi rayonlarından birində minalanmış avtomobil partladılıb.

Qarabaginfo.az-ın "Əl-Cəzirə" telekanalına istinadən verdiyi məlumata görə, partlayış nəticəsində ölən və yaralananlar var.

Telekanalın məlumatına görə, partlayış Ədəndə hökumət nümayəndələrinin olduğu bir kortejə yönəlib.

"Al Arabiya" telekanalı partlayışın hədəfinin avtomobillərdən birində olan Ədən administrasiyasının rəhbəri olduğunu bildirib.

Kortejdə administrasiya rəhbərindən başqa, Yəmənin kənd təsərrüfatı naziri də olub. Partlayış nəticəsində şəhər rəhbəri və nazir xəsarət alıb.



Xəbəri paylaş

1302 dəfə oxunub.

Digər xəbərlər