Saytımızı qiymətləndirin


 
 

Ermənistan Ordusnun Baş Qərargah rəisi istefaya göndərilir
Tarix: 06-10-2021 | Saat: 15:07
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi general Artak Davtyanın başının üstünü qara buludlar alıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Joğovurd" qəzeti yazıb.

Məlumata görə, yaxın vaxtlarda Artak Davtyanın statusunun dəyişəcəyi istisna edilmir. Onun Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsindən azad ediləcəyi söylənilir.

Hökumətin Artak Davtyana diqqət yetirməsinin səbəbi nədir?

“Joğovurd" qəzeti bildirir ki, general Davtyanın indiki vəzifəsini itirməsi Ermənistan Respublikasının keçmiş müdafiə naziri David Tonoyana qarşı açılmış cinayət işi ilə bağlıdı.


Artak Davtyanın keçmiş müdafiə naziri David Tonoyan və onun yaxın dostu – silah taciri David Qalstyana qarşı açılan cinayət işində dindirilməyə çağırılacağı da istisna edilmir.

Xatırladaq ki, Tonoyan və Qalstyan barəsində silah-sursatdan sui -istifadə ilə bağlı cinayət işi açılıb.

Milli Təhlükəsizlik Xidməti silah alveri edən şirkət rəhbəri David Qalstyanın külli miqdarda mənimsəmə, saxtakarlıq və ictimai təhlükəli hərəkətlərə görə həbs edildiyini bildirib. Söhbət təxminən 4,7 milyon dolların mənimsənilməsindən gedir.

Bu işə görə Silahlı Qüvvələr Baş Qərargah rəisinin müavini, general-leytenant Stepan Qalstyan da həbs edilib, o da İrəvandakı "Kentron" cəzaçəkmə müəssisəsində saxlanılır.



Xəbəri paylaş

307 dəfə oxunub.

Digər xəbərlər