Tarif Şurasına qiymətlərin ucuzlaşması ilə bağlı da müraciət edilirmi? - Rəsmi AÇIQLAMA
Tarix: 28-09-2018 | Saat: 17:19
Bölmə:Karusel / Sosial | çapa göndər
657 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 28-09-2018 | Saat: 17:19
Bölmə:Karusel / Sosial | çapa göndər
Tarif (qiymət) Şurası qiymətlərin, xidmət haqlarının, yığımların dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı kimi müəyyənləşdirilib.
Əsasnaməyə görə, bütün hallarda qiymətlərin tənzimlənməsi ilə bağlı qəbul edilən qərarlar, qiymətlərin tətbiqi ilə bağlı mübahisə və ziddiyyətlərin həlli üzrə işlər Şuranın birbaşa və dolayısı iştirakı həyata keçirilir.
Tarif Şurasının qiymət bahalaşması ilə bağlı qərarları müxtəlif təşkilatların müraciətləri əsasında olur. Ona görə də həmişə qiymət bahalaşması baş verir.
Şura son illər əsasən də gecə saatlarında açıqlanan bahalaşma qərarları ilə insanların yuxusunu ərşə çəkib desək, yanılmarıq.
Bəs görəsən nə vaxtsa hansısa ictimai təşkilat (dövlət təşkilatı belə bir müraciət etməz yəqin ki) Tarif Şurasına qiymətlərin ucuzlaşması ilə bağlı müraciət edibmi? Misal üçün, belə bir sosial təklif etmək olarmı - 1-ci qrup əlillər, qazilər, tələbələr, məktəblilər və s. nəqliyyatdan 50 faiz güzəştlə istifadə etsinlər?
Ümumiyyətlə, sonuncu dəfə ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər müəyyən ediləndə xatırlanan Tarif Şurası nə vaxtsa vətəndaşın xeyrinə qiymət tənzimlənməsi həyata keçiribmi?
Məsələ ilə bağlı Traif Şurasının mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, qurumun həyata keçirdiyi tənzimləmə siyasətinin əsası qiymətlərin mümkün qədər aşağı səviyyədə saxlanılmasından ibarətdir:
"Ümumilikdə qəbul edilən qərarlar kollegiyal şəkildə razılaşdırılır. O ki qaldı, qiymətlərin tənzimlənməsi zamanı aşağı tarifin müəyyənləşməsinə, müxtəlif dövlərdə rabitə xidmətlərinin, bəzi dərman vasitələrinin qiymətlərinə yenidən baxılması üçün ayrı-ayrı şirkətlər tərəfindən bizə müraciətlər daxil olub. Kollegiyanın qərarına əsasən, qeyd edilən sahələrdə qiymətlər əhalinin əlçatanlığı baxımından əhəmiyətli şəkildə aşağı salınıb”.
Hazırda Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tariflər təbii inhisar, dövlət inhisarı və inhisarçı subyektlərin məhsullarına (mallarına, işlərinə, xidmətlərinə), habelə Azərbaycan qanunvericilik aktları ilə tarifləri dövlət tənzimlənməsinə aid edilmiş digər məhsullara (mallara, işlərə, xidmətlərə) tətbiq edilir.
Tarifləri iqtisadiyyat naziri Şuranın sədri olmaqla maliyyə, vergilər, ədliyyə, energetika, nəqliyyat, rabitə və yüksək texnologiyalar, kənd təsərrüfatı, səhiyyə, təhsil, əmək və əhalinin sosial müdafiəsi nazirlərinin müavinlərindən və eləcə də Dövlət Gömrük və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrlərinin müavinlərindən ibarət üzvlər tənzimləyirlər.
Xəbəri paylaş
Digər xəbərlər
5-03-2022, 23:01
Baş Prokurorluqda Beynəlxalq Qadınlar Günü qeyd edilib
21-04-2022, 11:45
Azad edilmiş ərazilərdə daha çox hansı minalara rast gəlindiyi açıqlanıb
8-02-2023, 14:20
Bakı ilə mövqelərimizi yaxınlaşdırmağa nail olmuşuq - Mirzoyan
23-12-2024, 14:03
Valentina Matviyenko Prezident İlham Əliyevi təbrik edib
15-12-2022, 21:57
ABŞ Rusiyanın 29 qubernatoruna sanksiya tətbiq etdi
25-06-2021, 11:37
Qənirə Paşayeva AZAL-ın qiymətlərinə etiraz etdi
27-03-2022, 00:19
ABŞ Prezidenti: "Rusiya lideri hakimiyyətdə qala bilməyəcək"
31-03-2023, 13:02
Bakıda yaşayış binasında yanğın

















