Saytımızı qiymətləndirin


 
 

“Türkiyənin irəli sürdüyü ilkin şərtlərlə münasibətlərə başlamaq çox çətin olacaq” - Armen Qriqoryan
Tarix: 24-09-2021 | Saat: 20:27
Bölmə:Karusel / Region | çapa göndər

“Türkiyənin irəli sürdüyü ilkin şərtlərlə münasibətlərə başlamaq çox çətin olacaq” – Armen Qriqoryanfacebook sharing button print sharing button

“Türkiyənin irəli sürdüyü ilkin şərtlərlə münasibətlərə başlamaq çox çətin olacaq”.

Qarabaginfo.az erməni mətbuatına istinadən xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasında deyib.

Jurnalistlərdən birinin “Türkiyə ilə dialoqa başlamaq üçün rəsmi Ankaranın irəli sürdüyü hansı şərtləri qəbul etməyə hazırıq” sualına isə Armen Qriqoryan belə cavab verib: “Ermənistan tərəfi həm əvvəlki, həm də indiki hakimiyyətin vaxtında  Türkiyə ilə əlaqələrin heç bir şərt olmadan bərpası ilə bağlı fikirlərini açıqlayıb. Çünki ilkin şərtlər bu prosesin irəliləməsinə mane olur. Ümid edirik ki, ilkin şərtlər olmadan dialoqa başlamaq mümkünləşəcək. Gələcəkdə bütün mövcud məsələlər müzakirə edilə bilər, ancaq irəli sürülən ilkin şərtlərlə əlaqələri bərpa etmək çox çətin olacaq” – deyə Qriqoryan vurğulayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Ərdoğan Gürcüstanın baş nazirindən Nikol Paşinyanla görüş təklifi aldığını bildirib. Eyni zamanda Ərdoğan Azərbaycanla Naxçıvanı birləşdirən  Zəngəzur dəhlizinin açılmasını tələb kimi irəli sürüb.(Yenisabah)



Xəbəri paylaş

1246 dəfə oxunub.

Digər xəbərlər
7-05-2021, 13:30 Sabahın hava proqnozu
26-01-2018, 12:55 Bakıda qar gözlənilir