Tarix: 24-09-2021 | Saat: 14:34
Bölmə:Karusel / Siyasət | çapa göndər
Türkiyə prezidenti, BMT Baş Assambleyasının sessiyasında iştirak etmək üçün Nyu-Yorkda səfərdə olan Rəcəb Tayyib Ərdoğan mühüm bəyanatlarla çıxış edib. virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ərdoğan Nyu-Yorkdakı “Türkevi”ndə türkiyəli jurnalistlərlə söhbətində Rusiya prezidenti Vladimir Putinlə yaxın günlərdə baş tutacaq görüşü haqda danışıb. Bildirib ki, sentyabrın 29-da keçiriləcək görüşdə təkcə Suriyanın İdlib bölgəsində gərginlik müzakirə olunmayacaq, Türkiyə-Rusiya münasibətləri və ümumən Suriyadakı vəziyyət barədə də danışılacaq. Ərdoğan bildirib ki, onun Putinlə görüşü təkbətək keçiriləcək, görüşdə üçüncü şəxs olmayacaq.
“Suriyadaki indiki vəziyyəti, bundan sonrakı mərhələdə hara gedə biləcəyimizi danışacağıq. Heç kimi üçüncü şəxs olaraq yanımıza almadan bu görüşü keçirəcəyik və orada təbii ki, Türkiyə-Rusiya münasibətləri barədə də önəmli qərarlar verəcəyik. Çünki bölgədə Türkiyə və Rusiya iki önəmli ölkədir. Önəmli iki ölkə deyərkən daha bir məsələni vurğulamaq istərdim. Biz Rusiya ilə münasibətlərdə bu günə qədər heç bir səhv görmədik. Qarşılıqlı ticarət həcminə nəzər salanda yaxşı səviyyədə olduğumuzu görürük və sürətlə artan ticarət həcmimiz var. Suriyadakı prosesləri daha yaxşı mərhələyə qaldıra bilmək üçün zaman-zaman bəzi sıxıntılar yaşamış ola bilərik. Amma bunu da istər şəxsim, istər müdafiə nazirim və xarici işlər nazirim olaraq atdığımız addımlarla dərhal düzəldə bilirik. Məsələn, hörmətli Putin Azərbaycanda əgər dövlət adamlığını tam mənası ilə ortaya qoymamış olsaydı, Azərbaycandan bu şəkildə çıxılmazdı. Amma bunu ortaya sərrast qərarlarla qoyduğu üçün Azərbaycandan çox-çox əlverişli şəkildə çıxmaq şansını yaxaladıq. İndinin özündə də Azərbaycanda gərgin çalışma davam edir. Məsələn, hörmətli İlham Əliyev istədiyi anda istədiyi kimi rahatlıqla hörmətli Putinlə görüşür, danışır. Bən də o cümlədən...Çox qısa müddətdə əlaqələrimizi qurub müzakirələrimizi apara bilirik”,-Ərdoğan bildirib.
Türkiyə prezidenti Zəngəzur dəhlizindən də danışıb. Bildirib ki, Azərbaycandan Naxçıvana gediş-gəliş üçün “Türk koridoru”nun (Zəngəzur dəhlizi) inşası çox-çox mühüm addımdır.
“Daha da önəmli olanı budur ki, hazırda atdığımız addımlarla biz İğdırdan Azərbaycana yolu, inşallah ki, çəkəcəyik. Bura dəmir yolu da daxildir. Bu yolun çəkilməsi çox önəmli addım olacaq. Bizim 5 tərəfli, yaxud 6 tərəfli platforma ideyamız da vardı. Hazırda bununla bağlı Paşinyandan müsbət siqnallar gəlir. Bununla bağlı bəzi addımları atacağıq”,-Türkiyə prezidenti belə deyib.(virtualaz.org)
Digər xəbərlər