Saytımızı qiymətləndirin


 
 

Almaniya Ukrayna ordusunu “mobil morq”larlarla təmin edəcək
Tarix: 18-01-2024 | Saat: 17:46
Bölmə:Karusel / Dünya | çapa göndər

Almaniya hökuməti Ukraynaya ümumi dəyəri 7 milyard avro olan hərbi yardım paketi ayıracaq.

Qarabaginfo.az xəbər verir ki, hərbi yardım çərçivəsində Ukrayna ordusu 20 “mobil morq”la təmin ediləcəck.

Bu soyuducular Ukrayna ordusu tərəfindən “səhra morqu” kimi istifadə oluna bilər.

Bundan başqa, yardım paketinə köməkçi avadanlıqlar, eləcə də sursatlar daxil olacaq.

“Səhra morqları” ilə bağlı məlumatlar ilk olaraq Ukrayna Silahlı Qüvvələrinin yay əks-hücumunun qızğın vaxtında ortaya çıxdı. Ehtimal olunur ki, soyuducuların tədarükü əks-hücum zamanı Ukrayna hərbçilərinin verdiyi böyük itkilərlə bağlıdır. Ölən hərbi qulluqçuların cəsədlərinin saxlanılması üçün stasionar morqların çatışmazlığı yarandı.



Xəbəri paylaş

185 dəfə oxunub.

Digər xəbərlər