Saytımızı qiymətləndirin


 
 

Fransa Azərbaycanda minatəmizləmə əməliyyatlarına dəstək verəcək
Tarix: 20-09-2021 | Saat: 20:44
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Fransanın ölkəmizdəki səfiri Zakari Qros ilə görüşüb.Bu barədə ANAMA-dan məlumat verilib.

Görüş zamanı işğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları barədə fikir mübadiləsi aparılıb.

Səfərin başlıca məqsədi Fransa Respublikasının Azərbaycanda icra edilən minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyinin ayrılması və bu sahədə dəstəyin istiqamətləri müzakirə olunub.

Yaxın gələcəkdə iki tərəf arasında minatəmizləmə əməliyyatlarına dəstək, eləcə də minadan zərərçəkənlərə yardım, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə layihələri kimi sahələri özündə əks etdirən sənədin imzalanması nəzərdə tutulur.



Xəbəri paylaş

1266 dəfə oxunub.

Digər xəbərlər