Saytımızı qiymətləndirin


 
 

Qohumunu qonaq çağırıb evinə oğurluğa getdi - VİDEO
Tarix: 20-09-2021 | Saat: 13:45
Bölmə:Karusel / Gündəm | çapa göndər

Sumqayıtda qohum və tanıışlarına məxsus 5 evdən oğurluq edən şəhər sakini saxlanılıb.

 

DİN-dən Qarabaginfo.az-a verilən məlumata görə, Sumqayıtda evlərdən oğurluq edən şəhər sakini Nərminə Məmmədova saxlanılıb. Onun bu ilin əvvəlindən başlayaraq Sumqayıt şəhərində qohum və tanışlarına məxsus 5 evdən oğurluq etdiyi müəyyən edilib. Həmin şəxs mənzillərdən əsasən pul və qızl-zinət əşyaları oğurlayıb.

 

Qeyd edək ki, Nərminə Məmmədova oğurluq etməzdən əvvəl həmin məzillərin açarlarını əldə edərək surətlərini çıxarıb. Daha sonra ev sahibləri orada olmadığı müddətdə mənzillərdən oğurluqlar edib. Hətta bir epizodda o, oğurluq edəcəyi mənzilin sahibini öz evinə qonaq da çağırıb. Həmin şəxsin qonaq olduğu müddətdə Nərminə Məmmədova vacib bir iş dalınca getdiyini bildirərək evdən çıxıb və həmin məzildən oğurluq edib. Saxlanılan şəxs ifadəsində törətdiyi oğurluqların hər birini etiraf edib.

 

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.



Xəbəri paylaş

267 dəfə oxunub.

Digər xəbərlər
3-11-2022, 12:45 Cümə gününün HAVASI