Saytımızı qiymətləndirin


 
 

Jirinovski yenə sərsəmlədi: Türkiyə “parçalanacaq”, İran isə…
Tarix: 25-08-2021 | Saat: 12:44
Bölmə:Karusel / Gündəm | çapa göndər

Jirinovski yenə sərsəmlədi: Türkiyə “parçalanacaq”, İran isə…

Rusiya Liberal Demokrat Partiyasının (LDPR) lideri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski 2030-cu ilə qədər Yaxın Şərqin siyasi xəritəsinə dair yeni “proqnozlar”ını irəli sürüb.

Qalmaqallı siyasətçi yaxın illərdə Pakistanın Əfqanıstanla birləşəcəyini və vahid “Puştunistan” dövləti yaradılacağını deyib: “Puştun olmayan bütün digər xalqlar qərbə doğru Orta Asiyaya doğru itələyəcəklər. Xəzərilər isə şiələrin yaşadıqları İrana qaçmaq məcburiyyətində qalacaqlar. Ancaq o vaxta qədər İranın özü məhv ola bilər. İran əleyhinə qüvvələr onun yerinə ayrı bir İran Azərbaycanı, Fars, Türkmənistan və Bəlucistan yaratmağa çalışacaqlar. Ölkənin bölünməsi nəticəsində şimala – Qafqaza və Türkmənistana qaçan çox sayda qaçqın meydana çıxacaq. Xüsusilə, İran türkmənləri Orta Asiyada türkmənlərlə bir araya gəlməyə çalışacaqlar və bunun əsasında münaqişələr mümkündür”.

Onun sözlərinə görə, Türkiyədə, ABŞ-ın dəstəyi ilə, Türkiyənin Diyarbəkir şəhərində yeni bir “Kürdüstan” dövləti yaradılacaq.

“Bununla Türkiyənin bölünməsi başlayacaq. Sonradan Avropa Ermənistana hələ də Türkiyənin bir hissəsi olan Qərbi erməni torpaqlarını qaytarmağa kömək edəcək, Yunanıstan Kipri azad edəcək və İzmirə iddia edəcək. Bolqarıstan Trakiyanı geri qaytarmağa çalışacaq”.

V.Jirinovskinin sözlərini şərh edən politoloq Zərdüşt Əlizadə bildirib ki, Jirinovski zaman-zaman müəyyən qüvvələrin diktəsi altında qalmaqallı açıqlamalar verir: “Bundan əvvəl də, Azərbaycana qarşı təxribat xarakterli fikirlər səsləndirmişdi. Onun bu “proqnozları” absurddur. Ən əsası da, İran və Türkiyə ilə bağlı. İranda oturuşmuş dövlətçilik ənənələri var və bu ənənələr Rusiyanın tarixindən də qədimdir”.

O qeyd edib ki, Türkiyə istənilən separatçı fəaliyyətinin qarşısını almağa qadirdir: “Türkiyədə yaşayan bütün etnik azlıqlara milli-mədəni muxtariyyət verilib. Lakin hər hansı separatçılıq cəhdlərinin qarşısı vaxtında alınır və düşünmürəm ki, kənardan hər hansı qüvvənin təsiri ilə Türkiyəni bir dövlət və xalq olaraq parçalamaq mümkün olsun”.

Politoloq əlavə edib ki, Yaxın Şərqdə ABŞ-ın siyasəti fiaskoya uğrayıb.

“ABŞ-ın Əfqanıstanda necə biabırçı vəziyyətə düşməsi hamıya məlumdur. Düşünürəm ki, bir müddət ABŞ regionda ehtiyatlı siyasət yürüdəcək”, – deyə politoloq söyləyib.

//Bizimyol.info



Xəbəri paylaş

255 dəfə oxunub.

Digər xəbərlər