Tarix: 14-07-2021 | Saat: 13:23
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bakıda və Abşeron yarımadasında iyulun 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
ETSN Milli Hidrometeorologiya Xidmətindən Qarabaqinfo.az-ya verilən məlumata görə, havanın temperaturu gecə 22-25 isti, gündüz 29-32 isti, Bakıda gecə 23-25 isti, gündüz 30-32 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.
Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24 isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən iyulun 15-də Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25 isti, gündüz 31-36 isti, dağlarda gecə 10-15 isti, gündüz 20-25 dərəcə isti olacaq.
Digər xəbərlər