Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi 96 ünvanında yerləşən Azərbaycan Ağsaqqallar Şurasının binasının icarəyə verilməsi ilə bağlı fotoşəkil paylaşılıb.
Qarabaginfo.az Correct.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə bildirilib ki, Azərbaycan Ağsaqqallar Şurasının binası icarəyə verilir.
Məsələ ilə bağlı saytımıza danışan icarədar Eldar İsayev bildirib ki, o yalnız binanın birinci mərtəbəsində yerləşən şəxsi obyektini icarəyə verir:
“Ağsaqqallar Şurası həmin binanın 3-cü mərtəbəsində yerləşir. Mən isə birinci mərtəbədə yerləşən, mənə məxsus olan obyekti icarəyə verirəm. Yayılan məlumatlar həqiqəti əks etdirmir”.
Xatırladaq ki, 1989-cu ildə İmam Hüseynov tərəfindən təsis edilən Azərbaycan Ağsaqqallar Şurasına Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun atası Fəttah Heydərovdan sonra, 2020-ci ildən bugünədək Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyev sədrlik edir.