Saytımızı qiymətləndirin


 
 

İsrail qırıcıları HƏMAS-ın daha iki əsas simasını zərərsizləşdirib
Tarix: 12-05-2021 | Saat: 09:57
Bölmə:Karusel / Gündəm | çapa göndər

title

HƏMAS hərəkatının daha iki əsas üzvü zərərsizləşdirilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin “Twitter” hesabındakı məlumatda bildirilib.

“Qırıcı təyyarələrimiz HƏMAS kəşfiyyatının əsas simalarını - HƏMAS hərbi kəşfiyyat təhlükəsizlik şöbəsinin sədri Həsən Kaoci və hərbi əks-kəşfiyyat departamentinin rəisi Vail İssanı zərərsizləşdirib”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, HƏMAS hərəkatının "İzzəddin al-Kassam briqadası" silahlı qanadı İsrailin Hərbi Hava Qüvvələrinin zərbələrinin yenidən başlanmasına cavab olaraq bu ölkənin cənubundakı Beer-Şev şəhərinə tərəf 100 raket buraxıb.

İsrail ordusu isə öz növbəsində Qəzza sektorunda radikalların əhəmiyyətli hərbi obyektlərinə yenidən zərbələr endirməyə başlayıb.

“Al-Aksa” radiosu bildirib ki, Fələstinin təcili tibbi yardım maşınları İsrailin Hərbi Hava Qüvvələrinin aviazərbələri zamanı həlak olmuş 3 nəfərin meyitini və 4 yaralını Təl-Hava rayonunun xəstəxanasına çatdırıb.

Daha əvvəl bildirilirdi ki, İsrail Hərbi Hava Qüvvələrinin hava zərbələri nəticəsində Fələstin tərəfdən 32 nəfər həlak olub. Onlardan 10-u uşaqlardır. Bununla da Fələstində ölənlərin sayı 35 nəfərə çatıb. Zərbələr nəticəsində daha 220 nəfər yaralanıb. İsrail tərəfdən 1 nəfər ölüb, daha 8 nəfər yaralanıb.



Xəbəri paylaş

1376 dəfə oxunub.

Digər xəbərlər