Tarix: 19-04-2021 | Saat: 15:22
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Rusiyaya qarşı informasiya müharibəsinin arxasında Vaşinqton dayanır. Bütün bunlar Qərb ölkələrində yığılıb qalan problemlərdən yayınmaq üçün edilir”.
Qarabaginfo.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya 1” telekanalında yayımlanan “60 minut” verilişində bildirib.
"O ki qaldı Çexiyaya, Avropa Birliyi ölkələrində və ümumiyyətlə Qərbdə problemlərin olduqca çox olduğunu yaxşı başa düşmək lazımdır. Bu problemlərin üstünü örtmək üçün təcili hansısa informasiya-siyasi xarakterli tədbirlərin görülməsi lazımdır. Rusiya - həmin bu kimi hallarda dövriyyəyə buraxılmış, sınanmış bir alətdir. Əlbəttə, bunların arxasında sözsüz ki, ABŞ dayanır. NATO-da hər kəs üzərində rəhbərlik edən ölkə, bu qərb “meynstrim”inin tonunu təyin edə ölkə...”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.
Digər xəbərlər