Saytımızı qiymətləndirin


 
 

Bayram günlərində yol qəzalarında 5 nəfər ölüb, 4 nəfər yaralanıb
Tarix: 22-03-2021 | Saat: 11:33
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bayram günlərində yol qəzalarında 5 nəfər ölüb, 4 nəfər yaralanıb

 

Daxili İşlər Nazirliyi martın 20-dən 22-dək daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlayıb. 

DİN-in Mətbuat xidmətindən Qarabaginfo.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində törədilmiş 38 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 28 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlanılıb.



Xəbəri paylaş

1313 dəfə oxunub.

Digər xəbərlər