Tarix: 21-01-2018 | Saat: 11:15
Bölmə:Karusel / Dünya | çapa göndər
Türkiyənin YPG-yə qarşı əməliyyat keçirdiyi Suriyanın şimal-qərbində böhranın dərinləşməsinə əsas səbəb ABŞ-ın törətdiyi təxribatlar olub.
"Qarabaginfo" Apa.az"a istinadən istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.
“ABŞ-ın kürdlərin çoxluq təşkil etdiyi rayonların ayrılmasına yönələn təxribatçı addımları Suriyanın qeyd olunan hissəsində böhranlı vəziyyətin yaranmasına səbəb olan əsas amillərdən biridir”, - deyə bəyanatda qeyd olunur.
Bəyanatda həmçinin vurğulanır ki, Vaşinqtonun Suriyanın Türkiyə ilə həmsərhəd rayonlarında “sərhəd təhlükəsizlik qüvvələri”nin yaradılmasına dair bəyanatlar verməsi, silahlı dəstələrin dəstəkləməsi və Suriya dövlətçiliyinin süqutuna yönələn digər addımlar atması Ankaranın olduqca sərt reaksiyasına səbəb olub.
Qeyd edək ki, Türkiyə ordusu ötən gün Bakı vaxtı ilə saat 18.00-da Suriyanın Afrin bölgəsində terrorçulara qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.
Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus 72 təyyarə Afrin bölgəsində nəzərdə tutulmuş 113 hədəfdən 108-ni vurub.
Digər xəbərlər