Saytımızı qiymətləndirin


 
 

Papuaşvili: Gürcüstanla Azərbaycan bir sıra Aİ ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır
Tarix: 10-11-2026 | Saat: 17:55
Bölmə:Karusel / Region | çapa göndər

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili

 

Gürcüstan və Azərbaycan Çexiya daxil Avropa İttifaqına üzv bir sıra ölkələrin iqtisadi və enerji təhlükəsizliyində mühüm rol oynayır.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Praqada jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Çexiya idxal etdiyi xam neftin 40%-ni Gürcüstan vasitəsilə Azərbaycandan alır.

“Bu yaxınlarda Çexiya ilə Azərbaycan arasında qaz təchizatı haqqında saziş imzalanıb. Bu qaz Gürcüstandan keçərək Çexiyaya çatacaq. Buna görə də Çexiya ilə münasibətlərimizin mümkün qədər sıx və dostcasına qalması vacibdir. Biz etibarlı tərəfdaşlığa sadiqliyimizi daim nümayiş etdiririk və Çexiya ilə güclü və konstruktiv tərəfdaşlığı davam etdirməkdən məmnunuq”, - deyə spiker əlavə edib.



Xəbəri paylaş

6 dəfə oxunub.

Digər xəbərlər