Saytımızı qiymətləndirin


 
 

Rubio Meksikanın XİN başçısı ilə narkokartellərin ləğvi istiqamətində addımları müzakirə edib
Tarix: 27-08-2026 | Saat: 09:38
Bölmə:Karusel / Dünya | çapa göndər

Meksikanın xarici işlər naziri Roberto Velasko və ABŞ dövlət katibi Marko Rubio

 

ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda Meksikanın xarici işlər naziri Roberto Velasko Alvareslə görüşündə narkokartellərin məhv edilməsinə yönəlmiş “qətiyyətli tədbirləri” müzakirə edib.

Qarabaginfo.az xəbər verir ki, Rubio bu barədə "X" sosial şəbəkəsində məlumat yayıb.

ABŞ dövlət katibi bildirib ki, görüş zamanı qanunsuz miqrasiyanın qarşısının alınması, sintetik opioid fentanilin tədarükünün dayandırılması, həmçinin xarici terror təşkilatlarının və narkokartellərin ləğvi istiqamətində “qətiyyətli tədbirlər” müzakirə olunub.

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Tommi Piqotun görüşün yekunları ilə bağlı yazılı açıqlamasında bildirilib ki, Rubio və Alvares sözügedən kartellərin “silahsızlaşdırılması” istiqamətində səyləri də müzakirə ediblər.



Xəbəri paylaş

34 dəfə oxunub.

Digər xəbərlər
9-03-2022, 22:44 Nazarbayev Antalyaya getdi