Saytımızı qiymətləndirin


 
 

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan yenidən xəstəxanaya yerləşdirilib
Tarix: 27-08-2026 | Saat: 09:15
Bölmə:Karusel / Region | çapa göndər

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan

 

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan məhkəmə iclası başlayandan təxminən yeddi saat sonra yenidən xəstəxanaya yerləşdirilib.

Bu barədə “Yerevan Today” məlumat yayıb.

Robert Köçəryanın oğlu Levon Köçəryan məhkəmə binası qarşısında jurnalistlərə bildirib ki, həkimlər atasının məhkəmə zalında deyil, xəstəxanada qalmasını məqsədəuyğun hesab ediblər.

“Məhkəmə iclası davam edir. Həkimlər onun məhkəmə zalında deyil, xəstəxanada olmasını düzgün hesab ediblər. Vəkillər işi davam etdirəcəklər. Düşünürəm ki, məhkəmə səhər saatlarına qədər qərar verəcək”, – deyə Levon Köçəryan bildirib.

Qeyd edək ki, avqustun 25-də Köçəryanın ofisinin rəhbəri keçmiş prezidentin Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin binasından xəstəxanaya yerləşdirildiyini açıqlamışdı.



Xəbəri paylaş

40 dəfə oxunub.

Digər xəbərlər