Tarix: 13-06-2026 | Saat: 21:32
Bölmə:Karusel / Dünya | çapa göndər
Son bir həftədə İsrail hərbçiləri Livanın cənubunda yeraltı keçiddən istifadə edən, ümumilikdə 7 nəfərdən ibarət iki “Hizbullah” qrupunu aşkar edərək zərərsizləşdirib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Məlumata görə, həmin yeraltı marşrut sursat, minaatan mərmilər və ərzaq ehtiyatlarının saxlanılması, eləcə də ərazidən İsrail hərbçilərinə qarşı hücumların dəstəklənməsi məqsədilə istifadə olunub.
IDF qeyd edib ki, İsrail Hərbi Hava Qüvvələri, artilleriya bölmələri və pilotsuz uçuş aparatları ilə koordinasiyalı əməliyyat nəticəsində yeraltı marşrutdan istifadə edən bütün 7 silahlı şəxs zərərsizləşdirilib.
Əməliyyatdan sonra hərbçilərin ərazidə “Kalaşnikov” avtomatları, müxtəlif hərbi ləvazimatlar, raket buraxılış mövqeləri və əlavə silah-sursat aşkar edərək məhv etdiyi bildirilib.
Digər xəbərlər

















