Tarix: 19-05-2026 | Saat: 16:29
Bölmə:Karusel / Gündəm | çapa göndər
"Yerli icra hakimiyyətləri ilə işləyirik, amma çox çətin işləyirik. Hər il məişət zorakılığı ilə bağlı sorğular, hesabatlar alırıq. Bizə rayonlardan verilən statistikaya baxıram. Rayon aliment ödəməyən kişilərin sayını 0 göstərib. Demək ki,heç maraqlanmayıb".
Qarabaginfo.az xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən komitə iclasında Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.
Sədr müavini qeyd edib ki, icra hakimiyyəti ağlına gələn rəqəmi hesabatda yazırlar.
“Elə bir rayon varmı ki, orada aliment ödəməyən valideyn olmasın. Belə bir şey yoxdur", - deyə komitə sədrinin müavini bildirib.
Komitə sədri üzünü deputatlara tutaraq bildirib ki, onlar da bölgələrə səfəri zamanı icra hakimiyyətləri ilə bu məsələlərlə maraqlansınlar.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova isə bildirib ki, icra hakimləri deputatların da sorğularına düzgün cavab vermirlər:
“Biz soruşuruq ki, nə qədər adam aliment probleminə görə müraciət edib, deyirlə ki, heç kim”.
“Rayonun rəhbərliyi hamıdan yaxşı bilməlidir ki, hansı ailələr problemlidir. Həmin ailələr ayrı-ayrı qrumların nəzarətində olmalıdır və problem olduqda təcili formada o ailəyə kömək olunur. Yox biz gözləyək ki, ciddi faciə olsun ki, başlayaq məsələ ilə məşğul olmağa. Burada məsuliyyəti çiyinlərimizdən atmamlıy, hamımızın fəaliyyəti olmalıdır” – H. Hüseynova qeyd edib.
Digər xəbərlər



















