Xəzər dənizinin suyun səviyyəsi əsrin ortalarına qədər 8-21 metr enə bilər.
Qarabaginfo.az bildirir ki, bu barədə Tehran Konvensiyası Katibliyinin koordinatoru Mahir Əliyev Astanada keçirilən Regional Ətraf Mühit Sammitində çıxşı zamanı deyib.
Onun sözlərinə görə, problemin həlli üçün beş Xəzəryanı dövlətin – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın uzunmüddətli iştirakı tələb olunur.
BMT baş katibinin müavini İnger Andersen ölkələri elmi monitorinq, iqlim dəyişikliyinə uyğunlaşma və Xəzər ekosisteminin qorunmasını əhatə edən 2026-2036-cı illər üçün birgə fəaliyyət planı hazırlamağa çağırıb.
















