Tarix: 20-01-2021 | Saat: 11:19
Bölmə:Karusel / Dünya | çapa göndər
Donald Tramp Ağ Evi tərk etməzdən əvvəl xalq qarşısında vida nitqini söyləyib.
"Qarabaginfo" Qazet.az-a istinadən xəbər verir ki, nitqin videoyazısı Ağ Evin rəsmi “YouTube” kanalında yayımlanıb.
“4 il əvvəl etməyə gəldiyimiz şeyi və daha çoxunu etdik. Ən sərt mübarizələri və ən çətin seçimləri öz öhdəmə götürdüm, çünki məni məhz bunun üçün prezident seçmişdiniz. Bu həftə yeni administrasiyanın açılışını edirik və onun Amerikanın təhlükəsizliyini və rifahını qoruyub saxlaması üçün dua edirik. Onlara uğur və şans diləyirik”, – ABŞ-ın 45-ci prezidenti bildirib.
Tramp Ağ Evdəki son saatlarında bir neçə əfv fərmanı imzalayaraq öz keçmiş müşaviri Stiv Bannon, repçi Lil Ueyn və başqalarını əfv edib.
Qeyd edək ki, Donald Tramp 2016-cı il 8 noyabr prezident seçkilərində rəqibi demokrat Hillari Klintonu üstələyərək ABŞ prezidenti seçilib. 20 yanvar 2017-ci il tarixində isə andiçmə mərasimi keçirilib və səlahiyyətlərinin icrasına başlayıb.
Onun dövrü impiçment qalmaqalı, cinsi azlıqların orduda xidmətinin qadağan edilməsi, 58 nəfərin öldürüldüyü Las-Veqas silahlı hücumu, bir sıra müsəlman ölkələrinin vətəndaşlarının ABŞ-a girişinin qadağan olunması, “Ticarət müharibəsi”, koronavirus pandemiyası, Çinlə münasibətlərin kəskinləşməsi, İrana qarşı sanksiyalar, qaradərili Corc Floydun polis tərəfindən öldürüməsi səbəbilə kütləvi iğtişaşlar, “Green Card”ların verilməsinin dayandırılması, “Twitter” qalmaqalı, “Kapitoliyə hücum” kimi hadisələrlə yadda qalıb.
Ölkənin yeni seçilmiş prezidenti Cozef Bayden isə həyat yoldaşı Cill Bayden ilə birlikdə Delaverdəki evini tərk edərək Vaşinqtona gedib. Onun ABŞ prezidenti kimi inauqurasiyası çərşənbə günü keçiriləcək.
Digər xəbərlər